Çərşənbə axşamı , Sentyabr 16 2025

Portuqaliya gələn həftə Fələstini dövlət kimi tanıya bilər

Portuqaliyanın xarici işlər naziri Paulo Rangel Fələstin Dövlətinin rəsmi tanınması ilə bağlı gələn həftə bəzi yeniliklərin olacağını bildirib.

SEN.az xəbər verir ki, Rangel bu haqda Londonda Böyük Britaniyanın xarici işlər naziri İvet Kuperlə görüşündən sonra mətbuata açıqlama verib.

“Hələ ki, Fələstin Dövlətinin tanınması üçün heç bir maneə olmayıb. Proses davam edir və gələn həftə yeniliklər olacaq”, – Rangel bildirib.

O, əlavə edib ki, Portuqaliya parlamentindəki siyasi qruplarla görüşlərini başa vurub, lakin baş nazir Luis Monteneqro və prezident Marselo Rebelo de Sousa ilə daha bir görüş keçirəcək.

Rangel onu da qeyd edib ki, Portuqaliya İsrailin Qətərdə hücumunu pisləyən qətnaməni BMT Baş Assambleyasında təqdim edəcək.

Qeyd edək ki, Fələstin Dövləti 1988-ci il noyabrın 15-də müstəqilliyini elan etdiyi gündən BMT-yə üzv olan 193 ölkədən 147-si tərəfindən tanınıb.

Portuqaliya ilə yanaşı, Fransa, Böyük Britaniya, Kanada və Maltanın da Fələstin Dövlətini tanıması gözlənilir.

About FERZELIYEV

Check Also

2026-cı ildə təhsil xərcləri 1% artırılacaq

Bakı. Trend: 2026-cı ildə Azərbaycanda təhsil xərclərinin 4 milyard 985,8 milyon manat olması nəzərdə tutulur. …

Azərbaycan hökuməti vergi yükünü optimallaşdıracaq

Azərbaycan hökuməti vergi yükünü optimallaşdıracaq. SEN.az-nın xəbərinə görə, bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin …

Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərdə 11,3 faiz artım olacaq

Gələn il dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərə 3 milyard 553,6 manat …

Gələn il məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 11%-dən çox artırılacaq

Bakı. Trend: 2026-cı ildə Azərbaycanda məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinin 3 milyard 553,6 milyon …

Gələn il sosial müdafiə və sosial təminat üzrə xərclər 120 milyon manatdan çox artırılır

Gələn il dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclərə 4 milyard 873 milyon …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir