Cümə axşamı , Sentyabr 18 2025

MİQ-də vakansiya seçimi: 1300-dən çox namizəd müəllim işləyəcək

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə SEN.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 22-25 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 1305 namizəd uğur qazanaraq müddətli müqavilə ilə çalışmaq imkanı əldə edib.

Bildirilib ki, müddətli müqavilə ilə vakansiya seçimində uğur qazanan namizədlər 2 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd 3×4 formatında fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

About FERZELIYEV

Check Also

UEFA Çempionlar Liqasında I tura bu gün yekun vurulacaq

Bakı. Trend: Bu gün UEFA Çempionlar Liqasının I turunun son oyunları keçiriləcək. Trend xəbər verir …

Qızılın qiyməti rekord səviyyəyə çatdı

Qızılın qiyməti yenidən bahalaşıb. Metbuat.az xəbər verir ki, “Comex” birjasında qiymətli metalın bir unsiya üçün …

Cygnus XL yük gəmisi 18 sentyabrda BKS-ə çatacaq

Bakı. Trend: Northrop Grumman şirkətinin Cygnus XL yük gəmisi sentyabrın 18-də Beynəlxalq Kosmik Stansiyaya (BKS) …

Kolumbiyada polis idarəsində iğtişaşlar nəticəsində 5 nəfər

Kolumbiyada polis idarəsində yaranmış iğtişaşlar nəticəsində 5 nəfər ölüb, 8 nəfər yaralanıb. SEN.az xəbər verir …

Kolumbiyada polis idarəsində iğtişaşlar nəticəsində 5 nəfər ölüb

Kolumbiyada polis idarəsində yaranmış iğtişaşlar nəticəsində 5 nəfər ölüb, 8 nəfər yaralanıb. SEN.az xəbər verir …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir