Çərşənbə axşamı , Sentyabr 16 2025

Lisenziyasız fəaliyyət göstərən stomatoloq 5000 manat CƏRİMƏLƏNDİ

Səhiyyə Nazirliyi Mingəçevirdə lisenziyasız fəaliyyət göstərən stomatoloq barədə protokol tərtib edib.

SEN.az-ın əldə etdiyi məlumata görə, stomatoloq 5 min manat cərimələnib.

Məlumata görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlama zamanı stomatoloji kabinetdə fəaliyyət göstərən şəxsin lisenziya almadan özəl tibbi fəaliyyətlə məşğul olduğu aşkar edilib. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə protokol tərtib olunub və 5000 manat məbləğində cərimə tətbiq edilib.

Stomatoloq məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini istəyib. O, vergi uçotuna alındığını, dəfələrlə lisenziya almaq üçün müraciət etdiyini əsas gətirib. Həmçinin protokolun onun iştirakı olmadan tərtib olunduğunu və qaydalara əməl edilmədiyini bildirib.

Lakin məhkəmə iş materiallarını araşdıraraq, stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyini təsdiqləyib. Qərara əsasən, Səhiyyə Nazirliyinin tətbiq etdiyi inzibati cərimə qanuni sayılıb və şikayət təmin edilməyib.

About FERZELIYEV

Check Also

KİV: G7 iki həftə ərzində Rusiya əleyhinə sanksiyaların hazırlanmasını tamamlayacaq

G7 iki həftə ərzində Rusiya əleyhinə sanksiyaların hazırlanmasını tamamlayacaq. SEN.az xəbər verir ki, bu barədə …

575 kursant Polis Akademiyasında təhsilə başladı

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilib. SEN.az xəbər verir …

Azərbaycan Rusiyada keçiriləcək “İnterviziya” müsabiqəsində iştirakdan imtina edib

Azərbaycan sentyabrın 20-də Moskvada keçiriləcək “İnterviziya” beynəlxalq mahnı müsabiqəsində iştirakdan imtina edib. SEN.az xəbər verir …

Şəhid ailələri ilə söhbət zamanı bunu izah etməyə çalışırıq – Siyavuş Novruzov

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanun var. Həmin qanunda hansı yerlərə …

Qazaxıstanla Azərbaycan arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair danışıqlar aparılıb

Bakı. Trend: Qazaxıstan Respublikasının Astana şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında gəlirlərə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir