
Böyük Britaniya Kralı III Çarlz ABŞ Prezidenti Donald Trampın Ukrayna məsələsində mövqeyinə təsir göstərə bilər.
SEN.az “Politico”ya istinadən xəbər verir ki, müttəfiqlər Britaniya kralını Ukrayna məsələsinə cəlb ediblər.
Nəşrin yazdığına görə, Britaniya hakimiyyəti ümid edir ki, Kralın “cazibəsi” Baş nazir Kir Starmerin Trampı Putinə qarşı təzyiqi artırmağa razı salmasına kömək edəcək.
Rəsmi proqramda Ukrayna üzrə sülh danışıqları yer almasa da, mənbələr bildirir ki, bu mövzu qapalı qapılar arxasında müzakirə olunacaq.
Yazıda bildirilib ki, Kral Çarlz atəşkəs danışıqları ilə bağlı detallardan xəbərdardır və Volodimir Zelenskiyə şəxsən çox yaxındır.
Qeyd edilib ki, Trampın soyuq münasibətindən sonra Zelenski dəstəyi məhz Kraldan alıb. Belə ki, Çarlz onu əvvəlcə Sandrinqemdə çaya, daha sonra isə NATO sammitindən əvvəl Vindzorda nahara dəvət edib.
Xatırladaq ki, Tramp Britaniyada səfərdədir.