Çərşənbə axşamı , Sentyabr 16 2025

Kimlər sosial mənzil ala bilər?

Ölkəmizdə aztəminatlı və maddi imkanı zəif ailələrin mənzil probleminin həlli məqsədilə “sosial evlər” layihəsi həyata keçirilir. Bəs bu evlərdən yararlanmaq üçün şərtlər nədir?

Əmlak eksperti Elnur Fərzəliyev Metbuat.az-a açıqlamasında bildirib ki, sosial mənzillərdən əsasən xüsusi imtiyazlı ailələr, o cümlədən şəhid ailələri faydalana bilirlər. Onun sözlərinə görə, bu binalarda mənzillərin qiyməti minimal səviyyədə müəyyən edilir:

“Mənzili əldə etmək üçün ilkin ödəniş edilməlidir, qalan məbləğ isə aylıq ödənişlərlə ödənir. MİDA tərəfindən təqdim olunan təmirli mənzillərin bir kvadrat metri təxminən 900 manat təşkil edir. Hər bir əmlak alarkən müəyyən faiz ilkin ödəniş tələb olunur ki, bu göstərici adətən 15 faiz civarında olur. Alınan mənzillərin satışı yalnız üç ildən sonra mümkündür. Yəni, vətəndaş mənzilin dəyərini tam ödədikdən sonra onu başqa şəxsə sata bilər”.

Ekspert əlavə edib ki, sosial xarakterli başqa layihələr də mövcuddur:

“Məsələn, məcburi köçkünlər üçün inşa olunan binalardakı mənzillər 2020-ci il – İkinci Qarabağ müharibəsindən sonra satışa çıxarıldı. Həmin mənzillər də sosial qiymətlərlə təqdim olundu. Bu layihələrdə sosial kateqoriyaya aid olmaq şərt deyildi, lakin qiymətlər münasib idi. Belə mənzillər əsasən şəhər ətrafında və bölgələrdə yerləşir”.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

About FERZELIYEV

Check Also

Quterreş BMT Baş Assambleyasında Rusiya nümayəndə heyəti ilə görüşəcəyinə ümid edir

BMT-nin baş katibi Antoniu Quterreş Ümumdünya Təşkilatının Baş Assambleyasının yüksək səviyyəli həftəsində Rusiya nümayəndə heyəti …

Ruben Vardanyan “Paşinyanın və ATƏT-in Minsk qrupunun üzvlərinin dindirilməsini” məhkəmədən xahiş edib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə …

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında BƏƏ prezidenti ilə görüşündən görüntülər paylaşılıb (VİDEO)

Bakı. Trend: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında BƏƏ prezidenti Şeyx Məhəmməd bin …

​Çində 4 general vəzifədən uzaqlaşdırıldı

Çində dörd general Ümumçin Xalq Nümayəndələri Konqresinin üzvlüyündən çıxarılıb. Metbuat.az xəbər verir ki, generalların hansı …

Ruben Vardanyan “Ermənistanın Baş naziri Nikol Paşinyanın, ATƏT-in Minsk qrupunun üzvlərinin və BQXK nümayəndələrinin dindirilməsini” məhkəmədən xahiş edib (FOTO)

Bakı. Trend: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir