Çərşənbə , Sentyabr 17 2025

İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi mexanizmi təkmilləşdirilir

İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi mexanizmi təkmilləşdirilir.
SEN.az-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İpoteka haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanunda bu hüququn ipoteka saxlayanlar arasında müqavilə əsasında dəyişdirilə bilməsi nəzərdə tutulmuşdur. Qanun layihəsinə əsasən, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi və üstünlük hüququnun dövlət reyestrində qeydiyyata alınması təklif olunur. İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ ipoteka saxlayanlar arasında dəyişdirildikdə hüquqlar daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində qeydə alınacaqdır. Həmçinin ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ dəyişdirildikdə dövlət rüsumu üstünlük hüququnun keçdiyi ipoteka saxlayan tərəfindən ödəniləcək.
Qanun layihəsinin qəbul edilməsi nəticəsində ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması yolu ilə bu hüquqların dövlət reyestrində tanınması və təsdiq edilməsi təmin ediləcək.

About FERZELIYEV

Check Also

Binəqədidəki yanğında xəsarət alan gənc xəstəxanada öldü – FOTO

Bir neçə gün əvvəl Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 440 m² olan ikimərtəbəli mansarda tipli …

Fransa Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 8 dəfədən çox artırıb

Bakı. Trend: Bu ilin ilk 6 ayında Fransanın Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının …

Məşhur filmin unudulmaz qəhrəmanı – “Ən vacib müsahibə”nin SƏİDƏSİ – FOTOLAR

Elə filmlər var ki, izlədikdən sonra uzun müddət yaddaşlardan silinmir. Bu filmləri xatirələrdə yaşadan təbii …

Məşhur filmin unudulmaz qəhrəmanı – “Ən vacib müsahibə”də çəkilən SƏİDƏ – FOTOLAR

Elə filmlər var ki, izlədikdən sonra uzun müddət yaddaşlardan silinmir. Bu filmləri xatirələrdə yaşadan təbii …

“Azərpoçt” vətəndaşları saxta mesajlara qarşı xəbərdar etdi

“Azərpoçt” MMC-nin adından vətəndaşlara saxta mesajlar göndərilir. Metbuat.az xəbər verir ki, bu barədə “Azərpoçt” MMC …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir