Cümə axşamı , Sentyabr 18 2025

İntensiv yağışlar, torpaq sürüşməsi, çay daşqınları gözlənilir

Qeyri-sabit hava şəraiti oktyabrın ortalarına kimi davam edəcək

“Qeyri-sabit hava şəraiti oktyabrın ortalarına kimi davam edəcək”.

Bunu SEN.az-ya açıqlamasında Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov deyib.

Coğrafiya İnstitutu: “Torpaq sürüşməsi hadisələri qaçılmaz olacaq”

“Sonraki günlərdə hava şəraitinin nisbətən sabit, illik iqlim normasına yaxın keçəcəyi gözlənilir. Amma şimaldan gələn hava kütlələri artsa, intensiv yağışlar davam edəcək. Bunun nəticəsində mail yamaclarda torpaq sürüşməsi hadisələri qaçılmaz olacaq. Eyni zamanda, intensiv yağış çaylarda sululuğun artmasına səbəb olur. Bununla da müvəqqəti çay daşqınlarının da baş verməsi gözləniləndir”, – o bildirib.

Rafiq İsmayılov: “10 gündür havanın qeyri-sabit keçməsi keçid dövrü ilə bağlıdır”

Həmçinin o qeyd edib ki, son 10 gündür havanın qeyri-sabit keçməsi keçid dövrü ilə bağlıdır: “Hazırda şimaldan gələn soyuq hava kütlələri üstünlük təşkil edir. İntensiv yağıntılar nəticəsində dağlıq və dağətəyi rayonlarda, o cümlədən, Goranboy, Daskəsən, Şəki, Zaqatala, Balakən və s. bölgələrində sel hadisələri müşahidə olunub. Bundan əlavə, bitki örtüyü az olan zonalarda, Qəbələdə, Şəkidə və s. regionlarda kiçikmiqyaslı torpaq sürüşmələri də baş verib”.

About FERZELIYEV

Check Also

Urmiya gölünün quruması böhranı dərinləşir

Urmiya gölü İran üçün ictimai, siyasi və iqtisadi böhrana çevrilib. SEN.az İran mediasına istinadən xəbər …

Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibinin müəyyən olunması …

Çin əriməkdə olan Arktika vasitəsilə Avropaya ilk yük gəmisini göndərir

Çin şirkəti yük gəmisini ilk dəfə Rusiyanın şimal sahili boyunca Avropaya göndərməyə hazırlaşır. SEN.az xəbər …

Paşinyan viza möhürlərindən Ağrı dağının təsvirinin silinməsinə münasibət bildirib

Ermənistan Baş naziri Nikol Paşinyan viza möhürlərindən Ağrı dağının təsvirinin silinməsi qərarına münasibət bildirib. SEN.az …

MMX: 2,7 mln. nəfərin bank hesablarında kiçik məbləğli çoxsaylı əməliyyatlar təhdidlər yaradır

2023-cü ilin sonuna bank hesabı olmayan və fəaliyyəti dayandırılmayan hüquqi şəxslərin, onların təsisçi və direktorlarının …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir