
Bakı. Trend:
Bu ilin 8 ayı ərzində piyadalar üçün nəzərdə tutulmuş yerlərdən
istifadə etməyən 24 min 519 piyada barəsində inzibati xəta haqqında
protokol tərtib edilib.
Trend
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı
İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
<!—->
<!––>
Bildirilib ki, piyadalar avtomobillərin ön və arxa tərəfindən
qaçaraq yolu keçməməlidirlər:
“Onlar piyada keçidlərindən istifadə etməlidirlər. Sürücülər
keçidlərə yaxınlaşdıqda sürəti azaltmalı, düzgün ara məsafəsi
saxlamalı və piyadalara yol verməlidirlər”.