
Bakı. Trend:
2025-ci ilin yanvar-avqust aylarında 15 035
nəfər barəsində aliment ödənilməsinə dair qərar çıxarılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən
məlumat verilib.
Bildirilib ki, səkkiz ayın sonunda Nazirliyin yerli icra
qurumlarının icraatında olan aliment işlərinin cəmi 129
431 olub.
<!—->
<!––>
Respublika üzrə ən çox aliment işi Gəncə şəhəri
üzrə icra idarəsinin icraatında olmaqla 6 296 icra
sənədi təşkil edib.
Bakı şəhəri üzrə ən çox aliment Xətai
rayonundadır – 6 003 iş.
Həmçinin, 01.01.2024 – 30.06.2024-cü il tarixdə yerli icra
qurumlarının icraatına 11 324 aliment işi daxil
olub. Həmin dövrün sonunda icraatda 120 722
aliment işi olub.