Çərşənbə , Sentyabr 17 2025

IGB operatoru 2025 yanvar-avqust ayları ərzində qaz tədarük həcmlərini açıqlayıb

Bakı. Trend:

2025-ci ilin avqustunda Yunanıstan–Bolqarıstan interkonnektoru
(IGB) vasitəsilə Yunanıstandan Bolqarıstana nəql olunan qazın ümumi
həcmi 888 790,92 MVt/ s təşkil edib.

Bu barədə Trend-in
sorğusuna cavab olaraq kəmərin operatoru olan ICGB şirkətindən
bildirilib.

“Yanvar–avqust 2025-ci dövründə Yunanıstandan Bolqarıstana IGB
vasitəsilə nəql olunan qazın həcmi 6 737 566,58 MVt/s təşkil
edib”,- şirkətdən qeyd olunub.


<!—->
<!––>

Qeyd edək ki, IGB qaz kəməri Yunanıstanın milli qaz nəqli
sistemi (DESFA S.A.) və Transadriatik qaz kəməri (TAP AG) ilə
Komotini şəhəri (Yunanıstan) ərazisində, həmçinin Bolqarıstanın qaz
nəqli sistemi (Bulgartransgaz EAD) ilə Stara-Zaqora bölgəsində
birləşir.

Qaz kəmərinin ümumi uzunluğu 182 km, layihə üzrə ötürücülük
qabiliyyəti isə Yunanıstan–Bolqarıstan istiqamətində ildə 3 milyard
kubmetrədəkdir. Bazar marağı və qonşu qaz nəqli sistemlərinin
imkanlarından asılı olaraq, IGB-nin gücü ildə 5 milyard kubmetrədək
artırıla biləcək seçimlə layihələndirilib.

About FERZELIYEV

Check Also

AMB: CƏB profisiti ilə bağlı proqnozlarda ciddi dəyişiklik gözlənilmir

“Bu ilin ilk yarısı üzrə cari əməliyyatlar balansının profisiti (CƏB) göstərir ki, AMB-nin proqnozları özünü …

Bu qurumlar onlayn rejimə keçdi

Hökumət Evində yerləşən dövlət qurumlarının əməkdaşları 5 gün müddətində onlayn rejimdə fəaliyyət göstərəcək. SEN.az xəbər …

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun 11-ci iclası keçirilib

15-17 sentyabr 2025-ci il tarixlərində Aşqabad şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun …

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 11% artıb

Bu ilin yanvar-iyul aylarında Bakıda əhaliyə 4887,8 milyon manat dəyərində ödənişli xidmət göstərilib. “SEN.az-Economics” bu …

KİV: Britaniya Kralı Trampın Ukrayna məsələsində mövqeyinə təsir göstərə bilər

Böyük Britaniya Kralı III Çarlz ABŞ Prezidenti Donald Trampın Ukrayna məsələsində mövqeyinə təsir göstərə bilər. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir