Çərşənbə axşamı , Sentyabr 16 2025

Evdən içərisində 60 min manat pul olan seyf oğurlandı

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Moranlı kəndi ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən pul və qızıl-zinət əşyaları oğurlayan Araz Qarayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan SEN.az-a verilən məlumata görə, adı çəkilən şəxs qohumunun evinə qanunsuz daxil olaraq oradan 2500 manat dəyərində qızıl-zinət əşyaları, eləcə də içərisində 39500 manat və 12000 ABŞ dolları olan seyfi oğurlayıb.

Oğurluq yolu ilə əldə etdiyi pulların əksəriyyətini xərcləyən A.Qarayev pulun bir qismi ilə minik avtomobili alıb.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

About FERZELIYEV

Check Also

Rusiyanın Ukraynaya hücumlarında 2 nəfər ölüb, 13 nəfər yaralanıb

Rusiyanın ötən gecə Ukraynanın Zaparojye bölgəsinə hücumu nəticəsində 1 nəfər ölüb, 13 nəfər isə yaralanıb. …

Zəngəzur dəhlizinin tikintisi 95% icra olunub – VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi uzunluğu 123,6 km olan Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun tikintisini 95 % icra edib.   …

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub – RƏSMİ

Bakı. Trend: Azərbaycan və Türkiyə prezidentlərinin təməlini qoyduğu Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu (Zəngəzur dəhlizi) strateji əhəmiyyətə …

Pakistan Ermənistanla diplomatik münasibətləri Azərbaycanla razılaşdırıb? – AÇIQLAMA

Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda əldə olunan 8 avqust tarixli razılaşmalarından sonra regionda bərqərar olan sülhün …

KİV: Rusiyada ukraynalı uşaqların saxlanıldığı 150-dən çox yeni düşərgə aşkarlanıb

Ukraynadan Rusiya ərazisinə məcburi aparılan uşaqların saxlanıldığı 150-dən çox yeni düşərgə aşkarlanıb. SEN.az “Reuters”ə istinadən …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir