Çərşənbə axşamı , Sentyabr 16 2025

Əlisəmid Kürün qızı danışdı: Atamın huşu yerindədir, halı da stabildir

Şair Əlisəmid Kür xəstəxanaya yerləşdirilib. Onun səhhətində problemlər yarandığı bildirilir.

SEN.az şairin son durumunu öyrənmək üçün onun qızı ilə əlaqə saxlayıb.

“Son iki ay ərzində atamın səhhətində problemlər yaranmışdı. İlkin mərhələdə problemlər viddi deyildi. Lakin son bir həftə ərzində vəziyyəti qəfil ağırlaşdı. Atamın huşu yerindədir, halı da stabildir, sadəcə müalicəyə ehtiyac var”, – o qeyd edib.

Qızının verdiyi məlumata görə, Əlisəmid Kürin müxtəlif orqanlarına gedən damarlarında tıxanıqlıq müşahidə olunur. “Ümumilikdə qaraciyər və böyrəklərində də problemlər var”, –  deyə o bildirib.

O, həmçinin atasının müalicə xərclərinin bir hissəsinin dostları tərəfindən qarşılandığını da qeyd edib:

“Atamın dostları, ailəmiz, qohumlarımız, qardaşım və mən atamın müalicəsi üçün əlimizdən gələni edirik”.

Qeyd edək ki, Əlisəmid Kür 74 yaşındadır. O, 1954-cü ildə Salyan şəhərində müəllim ailəsində doğulub.

About FERZELIYEV

Check Also

Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsi başladı

Bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə başlanılıb. SEN.az …

“TikTok”da pozuntu yaranıb

Bakı. Trend: “TikTok” sosial şəbəkəsinin Amerika seqmentində servizdə pozuntuların olması ilə bağlı çoxsaylı şikayətlər qeydə …

Naxçıvanda 562 tələbə peşə təhsil müəssisələrinə qəbul olunub

Bakı. Trend: Naxçıvanda 2025-2026-cı tədris ilində 562 tələbə peşə təhsil müəssisələrinə qəbul olunub. Trend xəbər …

Rusiya səfiri Polşadakı dron insidentinə görə Danimarka XİN-ə çağırılıb

Rusiya səfiri Vladimir Barbin Polşadakı dron insidenti ilə bağlı Danimarkanın Xarici İşlər Nazirliyinə çağırılıb. SEN.az …

“Deloitte” Azərbaycanın bank sektorunun ötən ilki gəlirlilik səviyyəsi barədə

Bakı. Trend: 2024-cü ilin sonuna olan vəziyyətə görə Azərbaycanın kredit portfeli bütün əsas seqmentlər üzrə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir