
Bakı. Trend:
Əfqanıstanın “Ali lideri” Heybətullah Axundzadə ölkə daxilində
fiber-optik internet və Wi-Fi xidmətlərinin qadağan edilməsi barədə
qərar verib.
Trend“Afghanistan
International”a istinadən xəbər verir ki, bu qərar qəti və geri
dönməz elan olunub. Artıq ölkənin 34 əyalətindən 10-da internet
xidməti tamamilə işləmir.
<!—->
<!––>
Məlumata əsasən, Qəndəharda “ali lider”lə görüşmək üçün Kabildən
gələn hökumət nümayəndə heyəti ilə aparılan danışıqlar nəticəsiz
başa çatıb.
Mənbələr bildirir ki, Axundzadə yalnız dövlət qurumları və
diplomatik nümayəndəliklərin internetə çıxışını təmin edəcək yeni
şirkətin yaradılmasına göstəriş verib.