Çərşənbə axşamı , Sentyabr 16 2025

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə cəza dəyişir

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə cərimə cəzası sabit pul məbləği ilə deyil, cinayətin predmetinin dəyərinin əlli faizindən yetmiş faizinədək miqdarında müəyyən olunacaq.

SEN.az-nın xəbərinə görə, qanun layihəsi Milli Məclisin Hüquq və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qüvvədə olan qanuna görə, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə dörd min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Layihəyə əsasən, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə cinayətin predmetinin dəyərinin əlli faizindən yetmiş faizinədək miqdarında cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

About FERZELIYEV

Check Also

2023-cü ilin sentyabrında Azərbaycan dövlət suverenliyini bütün ərazilərində tam bərpa etdi – Vüqar Rəhimzadə

Bakı. Trend: 44 günlük İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham …

11-ci Bakı Beynəlxalq Kitab Sərgisi 41 xarici təşkilat iştirak edəcək

1-7 oktyabr tarixində Bakı Ekspo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair …

Cəlilabadda məktəbdə dava: 17 yaşlı yeniyetmə öldü

Bakı. Trend: Cəlilabadda məktəbdə şagirdlər arasında yaranan mübahisə ölümlə nəticələnib. Trend xəbər verir ki, hadisə …

Netanyahu Hitlerin aqibətini yaşayacaq – Ərdoğan xəbərdarlıq etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahunu Qəzzadakı hərəkətlərinə görə növbəti dəfə …

Xalq artisti Hacı Murad Yagizarov dəfn olunub

Bakı. Trend Sentyabrın 16-da Xalq artisti Hacı Murad Yagizarov II Fəxri xiyabanda dəfn olunub. Trend …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir