Çərşənbə axşamı , Sentyabr 16 2025

Ceyhun Bayramovdan Qətərə hücumla bağlı açıqlama

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən Fövqəladə Ərəb-İslam Sammitində iştirak və çıxış edib.

Metbuat.az Azərbaycan XİN-ə istinadən xəbər verir ki, çıxışda Qətərə edilən son hava hücumunun dərin narahatlıq doğurduğu bildirilib, Qətərin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə olunub. Beynəlxalq hüququn və BMT Nizamnaməsinin prinsiplərinə sadiq qalaraq gərginliyin daha da dərinləşməməsinə çağırış edilib.

Qəzza bölgəsindəki mövcud vəziyyətin aradan qaldırılması xüsusunda Qətərin vasitəçilik səyləri yüksək qiymətləndirilib, tərəflər arasında danışıqların bərpasının və daimi atəşkəsə nail olunmasının zəruriliyi vurğulanıb.

Ümumilikdə Fələstin məsələsi kontekstində ölkəmiz tərəfindən “iki dövlət” prinsipinin rəhbər tutularaq, beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həll variantının dəstəkləndiyi bir daha diqqətə çatdırılıb.

Regiondakı böhranın həlli istiqamətində sülh təşəbbüslərindən əlavə, humanitar yardım səylərinin əhəmiyyəti qeyd olunub.

Bu çərçivədə, Azərbaycanın qardaş Fələstin xalqına öncəki illər ərzində dəstəyinin davamı olaraq, eskalasiyanın başladığı 2023-cü ildən etibarən 2 milyon ABŞ dolları həcmində humanitar yardımın ayrıldığı bildirilib. Bundan əlavə, ölkəmiz tərəfindən Fələstinə təhsil və səhiyyə sahələri üzrə dəstək layihələrinin həyata keçirildiyi çıxışda qeyd olunub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

About FERZELIYEV

Check Also

Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərdə 11,3 faiz artım olacaq

Gələn il dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərə 3 milyard 553,6 manat …

Gələn il məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 11%-dən çox artırılacaq

Bakı. Trend: 2026-cı ildə Azərbaycanda məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinin 3 milyard 553,6 milyon …

Gələn il sosial müdafiə və sosial təminat üzrə xərclər 120 milyon manatdan çox artırılır

Gələn il dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclərə 4 milyard 873 milyon …

Azərbaycanda büdcədənkənar daxilolmaların 16% artacağı proqnozlaşdırılır

Bakı. Trend: 2026-ci ildə Azərbaycanda büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların 1 milyard 21 milyon manat …

Azərbaycan sosial müdafiə və sosial təminat xərclərini 3 %-ə yaxın artırır

Bakı. Trend: 2026-cı ildə Azərbaycanda sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 873 milyon …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir