
Bolqarıstan hərbi pilotsuz uçuş aparatları ilə Polşanın hava məkanını pozan Rusiyaya nota verib.
Metbuat.az xəbər verir ki, bu barədə Bolqarıstanın Xarici İşlər Nazirliyi açıqlama verib. Məlumata görə, Bolqarıstanın Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə baş direktoru Gerqana Karadjova notanı Rusiyanın Sofiyadakı səfiri Eleonora Mitrofanovaya çatdırıb. Notada səfir Mitrofanova xatırladılıb ki, Polşa Bolqarıstanın NATO üzrə müttəfiqi və Avropa İttifaqı tərəfdaşıdır. Bəyanatda Polşanın hava məkanının pozulması sərt şəkildə qınanıb.
Bəyanatda qeyd olunub ki, Rusiyanın hərəkətləri Avropa vətəndaşlarının təhlükəsizliyinə, regional sabitliyə və beynəlxalq sülhə təhdid təşkil edir.