Çərşənbə , Sentyabr 17 2025

Birbaşa xarici investisiyalar üzrə 712 milyon dollar kəsir yaranıb – AMB

Bakı. Trend:

Bu ilin ilk 6 ayında birbaşa xarici investisiyalar üzrə xalis
maliyyə aktivləri 516.3 milyon dollar artıb, xalis maliyyə
öhdəlikləri isə 195.8 milyon dollar azalıb.

Bu barədə Trend
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, birbaşa xarici investisiyalar formasında xaricdən
cəlb olunmuş sərmayələrin ümumi məbləği 3.2 milyard dollar, xarici
iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə
1.3
milyard dollar olub. Ümumilikdə isə birbaşa xarici investisiyalar
üzrə 712.1 milyon dollar kəsir yaranıb.


<!—->
<!––>

Qeyd edilib ki, ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici
investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi
77.2% təşkil edib: “2025-ci ilin 6 ayı üzrə tədiyə balansında
birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə
xalis maliyyə öhdəliklərinin (-652.2 milyon dollar) azalması
neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (2 488.6 milyon
dollar) həmin sektor üzrə kapitalın repatriasiyası (3 140.8 milyon
dollar, əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam
neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı
fərqdən formalaşır”.

“Qiymətləndirmələrə görə qeyri-neft-qaz sektoruna cəlb olunmuş
birbaşa xarici investisiyaların ümumi məbləği 25.4% artaraq 733.9
milyon dollar olub ki, bunun da bir hissəsi (240.4 milyon dollar)
ölkə iqtisadiyyatına gəlirlərin təkrar investisiyası ilə bağlı
olub”, – məlumatda əlavə edilib.

About FERZELIYEV

Check Also

Məşhur filmin unudulmaz qəhrəmanı – “Ən vacib müsahibə”də çəkilən SƏİDƏ – FOTOLAR

Elə filmlər var ki, izlədikdən sonra uzun müddət yaddaşlardan silinmir. Bu filmləri xatirələrdə yaşadan təbii …

Məşhur filmin unudulmaz qəhrəmanı – “Ən vacib müsahibə”nin SƏİDƏSİ – FOTOLAR

Elə filmlər var ki, izlədikdən sonra uzun müddət yaddaşlardan silinmir. Bu filmləri xatirələrdə yaşadan təbii …

“Azərpoçt” vətəndaşları saxta mesajlara qarşı xəbərdar etdi

“Azərpoçt” MMC-nin adından vətəndaşlara saxta mesajlar göndərilir. Metbuat.az xəbər verir ki, bu barədə “Azərpoçt” MMC …

Könüllülük gənclərin gələcəyini necə dəyişir? –

Könüllülük hərəkatı Azərbaycanda gənclərin sosial fəallığının, vətəndaş məsuliyyətinin və milli-vətənpərvərlik ruhunun inkişafında mühüm rol oynayır. …

Daşbulaq kəndində bu ilin sonunadək 58, gələn il isə 83 ev istismara hazır olacaq

Xocalı. Trend: Media nümayəndələri Xocalıya təşkil edilən Prezidentin izi ilə media-tur zamanı rayonun Daşbulaq kəndində …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir