Çərşənbə , Sentyabr 17 2025

Binəqədidəki yanğında xəsarət alan gənc xəstəxanada öldü – FOTO

Bir neçə gün əvvəl Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 440 m² olan ikimərtəbəli mansarda tipli müxtəlif təyinatlı obyektin mansardasında 30 m² sahədə əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın zamanı yağınsöndürənlər və xilasedicilər tərəfindən 4 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

SEN.az-ın əldə etdiyi məlumata görə, yanğında xəsarət alan şəxslərdən biri xəstəxanada həyatını itirib.

Məlumatı saytımıza açıqlamasında Kliniki Tibbi Mərkəz də təsdiqləyib.

“14.09.2025-ci il tarixdə Bakı şəhərinin Binəqədi rayonunda baş verən yanğın hadisəsi nəticəsində müxtəlif travmalarla 5 nəfər (3-ü kişi, 2-si qadın cinsli olmaqla) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya ediliblər. Onlara dərhal ilkin tibbi yardım göstərilib. 

Göstərilən yardımlara  baxmayaraq 2000-ci il təvəlllüdlü (kişi cinsli) şəxsin həyatını xilas etmək mümkün olmayıb. Digər şəxslər ambulator müalicə üçün evə buraxılıblar”, – Mərkəzdən verilən açıqlamada bildirilib.

About FERZELIYEV

Check Also

Türkiyənin sosial şəbəkələr üzərində tənzimləmə prinsipləri

Türkiyənin sosial şəbəkələrdə informasiya təhlükəsizliyi məsələsinə xüsusi həssaslıqla yanaşması bir neçə risk faktorundan qaynaqlanır. – …

İbrahim Kalın Suriyaya gedib

Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Suriyaya səfər edib. SEN.az Türkiyə mətbuatına istinadən xəbər …

“Formula 1” günlərində metronun iş rejimində dəyişiklik ediləcək

Bakı. Trend: AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə …

Bakıda leysan yağışların təsirini azaltmaq üçün yeni kollektorlar salınır

Bakıda leysan xarakterli yağışların yaratdığı fəsadların qarşısını almaq məqsədilə bir neçə istiqamətdə yeni kollektorların salınması …

Rusiyada rəqəmsal rubllarla ilk əmək haqqı ödənilib

Rusiya Xəzinədarlığı, Rusiya Federasiyası dövlət vəzifəsini tutan şəxsə rəqəmsal rublarla ilk əmək haqqı ödənişini həyata …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir