Çərşənbə axşamı , Sentyabr 16 2025

Biləcəridə yük maşını körpüdən avtomobilin üzərinə aşıb, 2 nəfər ölüb, xəsarət alanlar var – YENİLƏNİB-5 – VİDEO – FOTO

***

11.41

Sentyabrın 6-da saat 09:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Çağırış əsasında ilkin olaraq 5 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

Bu barədə SEN.az-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

“Son məlumata görə, 3 nəfər (1 kişi, 2 qadın cinsli) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Hazırda onların müayinə və müalicələri davam etdirilir. 2 nəfərin (kişi cinsli) hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb”, məlumatda deyilir.

Gülcahan Məmmədova

***

11.29

Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində ağır yol-nəqliyyat qəzası baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

FHN-in Mətbuat xidmətindən SEN.az-ya verilən məlumata görə, avtoqəza nəticəsində xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalmış 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

11.24

Biləcəridə yük maşınının körpüdən avtomobilin üzərinə aşması nəticəsində iki nəfər ölüb.

SEN.az-nın xəbərinə görə, avtomobildən 2 nəfərin meyiti çıxarılıb.

***

11.05

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi paytaxtın Biləcəri ərazisində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

İdarədən SEN.az-ya verilən məlumata görə, sentyabrın 6-da saat 09:30 radələrində paytaxtın Biləcəri körpüsündə 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 90-ZY-012 dövlət qeydiyyat nişanlı “Changan” markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində 1 nəfər həyatını itirib, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən SEN.az-nın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 6-da saat 09:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Çağırış əsasında ilkin olaraq 5 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

Hazırki məlumata görə, 3 nəfər (1 kişi, 2 qadın cinsli) tibb müəssisəsinə hospitalizasiya olunur.

1 nəfərin (kişi cinsli) hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.

Əlavə məlumat veriləcək.

***

10.41

Biləcəri qəsəbəsində, Sumqayıt istiqamətində yolda qəza baş verib.

SEN.az-nın xəbərinə görə, yük maşını yol ötürücüsündən avtomobilin üzərinə aşıb.

Xəsarət alanların olduğu bildirilir.

***

10.19

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən SEN.az-ya verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Əlavə məlumat veriləcək.

About FERZELIYEV

Check Also

I Liqa klubu yeni transferini açıqlayıb

Bakı. Trend: Transfer çalışmalarını davam etdirən “Difai” heyətini yeni futbolçu ilə gücləndirib Trend xəbər verir …

İsrailin Livana endirdiyi hava zərbəsi nəticəsində azı 12 nəfər yaralanıb

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələrin Livanın cənubundakı Nəbatiyə şəhərinə silsilə zərbələr endirməsi nəticəsində …

Gələn il kənd təsərrüfatı xərcləri 9%-dən çox azaldılacaq

Bakı. Trend: 2026-cı ildə Azərbaycanda kənd təsərrüfatı xərclərinin 1 milyard 92,1 milyon manat olması nəzərdə …

2026-cı ildə təhsil xərcləri 1% artırılacaq

Bakı. Trend: 2026-cı ildə Azərbaycanda təhsil xərclərinin 4 milyard 985,8 milyon manat olması nəzərdə tutulur. …

Azərbaycan hökuməti vergi yükünü optimallaşdıracaq

Azərbaycan hökuməti vergi yükünü optimallaşdıracaq. SEN.az-nın xəbərinə görə, bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir