Cümə axşamı , Sentyabr 18 2025

Baş nazir Qırğızıstana səfərdədir

Azərbaycanın Baş naziri Əli Əsədov Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının görüşündə iştirak etmək üçün Qırğızıstana səfərə gedib.

Metbuat.az xəbər verir ki, bu barədə Qırğızıstanın Nazirlər Kabineti məlumat yayıb.

“Manas” hava limanında Azərbaycan Baş nazirini Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini, su ehtiyatları, kənd təsərrüfatı və emal sənayesi naziri Bakıt Torobayev qarşılayıb.

Qeyd edək ki, iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistanın Baş nazirləri, Türkiyənin vitse-prezidenti, eləcə də TDT-nin baş katibi Kubanıçbek Omuraliyev iştirak edəcəklər.

İclas iştirakçıları Bişkekdə iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, rəqəmsallaşma, energetika və kənd təsərrüfatı sahələrində əməkdaşlığın əsas istiqamətlərini müzakirə edəcəklər. Həmçinin əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün TDT-nin fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi üzrə tədbirlər nəzərdən keçiriləcək.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

About FERZELIYEV

Check Also

Qaçqınlar və Məcburi Köçkünlər üzrə İctimai Şuraya yeni üzvlər seçilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibinin müəyyən olunması …

Türkiyə MN Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 20 Sentyabr – Suverenlik Günü münasibətilə təbrik edib. SEN.az xəbər …

Bu halda dərhal işə qəbul ediləcəksiniz –

Azərbaycanda işə qəbul prosesində ən vacib sənəd olan CV-nin hazırlanması hələ də peşəkar səviyyədə formalaşmayıb. …

TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçəcək

Bu ilin oktyabr ayında Türk Dövlətləri Təşkilatınna sədrlik Qırğızıstandan Azərbaycana keçəcək, “Regional sülh və təhlükəsizlik” …

Azərbaycan TDT-nin Katibliyinin fəaliyyətinə dəstək məqsədilə 2 milyon dollar ayırıb

Azərbaycan Türk Dövlətləri Təşkilatının Katibliyinin fəaliyyətinə dəstək məqsədilə 2 milyon dollar ayırıb. SEN.az-nın xəbərinə görə, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir