Çərşənbə , Sentyabr 17 2025

Bakı Gəmiqayırma Zavodu vergilərdən AZAD EDİLİR

“Bakı Gəmiqayırma Zavodu” MMC daha 6 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən azad edilir. 

SEN.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. 

Bildirilib ki, “Bakı Gəmiqayırma Zavodu” Xəzər regionunda ən böyük sənaye müəssisələrindən biridir və Azərbaycanın dəniz donanmasının müasirləşdirilməsinə müsbət töhfəsini verməkdədir. Zavod gəmilərin, dəniz və su nəqliyyatı vasitələrinin tikintisi, təmiri, təyinatının dəyişdirilməsi istiqamətində fəaliyyət göstərir və ölkəmizin gəmiçilik sahəsində idxaldan asılılığının azaldılması, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, həmçinin ixrac potensialının gücləndirilməsi baxımından böyük və strateji əhəmiyyətə malikdir.

Zavodun sifarişçilərə təqdim etdiyi və inşası hazırda davam edən tikinti layihələri üzrə qiymətlərin mövcud güzəşt və azadolmalar əsas götürülməklə tərtib olunduğunu və Vergi Məcəlləsinə əsasən sənaye parkının rezidenti kimi Zavoda verilən güzəşt və azadolmaların müddətinin başa çatmaq üzrə olduğunu nəzərə alaraq, sözügedən müddətin 2030-cu ilə qədər uzadılmasına zərurət yaranıb. Sənaye parkının rezidentlərinə verilən güzəştlərin müddətinin uzadılması praktikası olmadığından layihədə Zavoda verilən güzəştlərin müddətinin artırılması üçün Vergi Məcəlləsinin müvafiq bölmələrinə mənfəət, əmlak və torpaq vergilərindən azadolmaları ehtiva edən yeni maddələrin əlavə edilməsi nəzərdə tutulub.

Layihənin qüvvəyə minəcəyi təqdirdə Qaradağ Sənaye Parkının gəmiqayırma fəaliyyəti ilə məşğul olan rezidentinə münasibətdə Vergi Məcəlləsi ilə tətbiq olunan güzəşt və azadolmaların (mənfəət, əmlak və torpaq vergisindən azadolma) müddəti yeni maddələr ilə tənzimlənəcək və 6 il müddəti (2030-cu ilin 31 dekabr tarixinə qədər) əhatə edəcək. Eyni zamanda Qaradağ Sənaye Parkının gəmiqayırma fəaliyyəti ilə məşğul olan rezidenti olaraq Zavodun fəaliyyəti üçün malların idxalına tətbiq olunan gömrük rüsumunun ödənilməsindən azadolma müddəti “Gömrük tarifi haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən uzadılacaq.

Qanun layihəsi gəmiqayırma sənayesinin uzunmüddətli inkişafının dəstəklənməsinə, iqtisadi fəallığın artırılmasına, bu sahədə idxaldan asılılığın azaldılmasına, xidmətlərin ixracı potensialının genişləndirilməsinə xidmət edəcək.

About FERZELIYEV

Check Also

Binəqədidəki yanğında xəsarət alan gənc xəstəxanada öldü – FOTO

Bir neçə gün əvvəl Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 440 m² olan ikimərtəbəli mansarda tipli …

Fransa Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 8 dəfədən çox artırıb

Bakı. Trend: Bu ilin ilk 6 ayında Fransanın Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının …

Məşhur filmin unudulmaz qəhrəmanı – “Ən vacib müsahibə”də çəkilən SƏİDƏ – FOTOLAR

Elə filmlər var ki, izlədikdən sonra uzun müddət yaddaşlardan silinmir. Bu filmləri xatirələrdə yaşadan təbii …

Məşhur filmin unudulmaz qəhrəmanı – “Ən vacib müsahibə”nin SƏİDƏSİ – FOTOLAR

Elə filmlər var ki, izlədikdən sonra uzun müddət yaddaşlardan silinmir. Bu filmləri xatirələrdə yaşadan təbii …

“Azərpoçt” vətəndaşları saxta mesajlara qarşı xəbərdar etdi

“Azərpoçt” MMC-nin adından vətəndaşlara saxta mesajlar göndərilir. Metbuat.az xəbər verir ki, bu barədə “Azərpoçt” MMC …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir