Çərşənbə , Sentyabr 17 2025

AZCON ilə “Abu Dhabi Ports Company” ASC arasında müqavilə imzalanıb

Bakı. Trend:

Bakı Gəmiqayırma Zavodu” MMC adından çıxış edən “Azərbaycan
Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxs ilə
“Abu Dhabi Ports Company” ASC arasında müqavilə imzalanıb.

Trend
xəbər verir ki, mərasimdə, “Bakı Gəmiqayırma Zavodu” MMC adından
çıxış edən “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)”
publik hüquqi şəxs ilə “Abu Dhabi Ports Company” ASC arasında Xəzər
dənizində fəaliyyət göstərmək üçün nəzərdə tutulmuş iki 780 TEU
konteyner gəmisinin inşasına dair müqavilə imzalanıb.

Tamamlanması 2028-ci ildə gözlənilən gəmilər Xəzər dənizində
əsas ticarət mərkəzləri arasında bağlılığı optimallaşdırmaq
məqsədilə əsas marşrutlara buraxılacaq.

Yeni inşa olunacaq gəmilər Xəzər dənizi, Cənubi Qafqaz və Qara
dəniz vasitəsilə Asiya və Avropanı birləşdirən Orta Dəhlizin
(Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) gücləndirilməsində
mühüm rol oynayacaq. Bu əhəmiyyətli marşrutda gəmiçilik
potensialını genişləndirməklə, gəmilər konteyner daşımaları üzrə
sürətlə artan ehtiyacları ödəməyə, tranzit müddətlərini azaltmağa
və ənənəvi marşrutlara davamlı və təhlükəsiz alternativ kimi
dəhlizin rəqabət qabiliyyətini artırmağa kömək edəcək.


<!—->
<!––>

Dünyanın aparıcı liman, logistika və gəmiçilik şirkətlərindən
biri kimi tanınan “AD Ports Group” bu tərəfdaşlığa öz qlobal
biliyini, qabaqcıl texnologiyaları və mürəkkəb ticarət
dəhlizlərinin idarə olunmasında qazandığı təcrübəsini gətirir. “AD
Ports Group” şirkətinin Xəzər regionundakı əməliyyatlara qoşulması
Orta

Dəhlizə olan etimadın bariz nümunəsidir. Bu tarixi müqavilə
beynəlxalq şirkət tərəfindən Bakı Gəmiqayırma Zavoduna yük
gəmilərinin inşası üçün edilən ilk sifarişi təcəssüm edir.

Birbaşa əhəmiyyətindən əlavə, “AD Ports Group” ilə daha geniş
əməkdaşlığın təməlini qoyan bu müqavilə dəniz nəqliyyatı və
logistika sahəsində gələcək birgə layihələr və iki ölkə arasında
strateji tərəfdaşlığın daha da dərinləşməsi üçün yol açmış
olur.

About FERZELIYEV

Check Also

Binəqədidəki yanğında xəsarət alan gənc xəstəxanada öldü – FOTO

Bir neçə gün əvvəl Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 440 m² olan ikimərtəbəli mansarda tipli …

Fransa Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 8 dəfədən çox artırıb

Bakı. Trend: Bu ilin ilk 6 ayında Fransanın Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının …

Məşhur filmin unudulmaz qəhrəmanı – “Ən vacib müsahibə”də çəkilən SƏİDƏ – FOTOLAR

Elə filmlər var ki, izlədikdən sonra uzun müddət yaddaşlardan silinmir. Bu filmləri xatirələrdə yaşadan təbii …

Məşhur filmin unudulmaz qəhrəmanı – “Ən vacib müsahibə”nin SƏİDƏSİ – FOTOLAR

Elə filmlər var ki, izlədikdən sonra uzun müddət yaddaşlardan silinmir. Bu filmləri xatirələrdə yaşadan təbii …

“Azərpoçt” vətəndaşları saxta mesajlara qarşı xəbərdar etdi

“Azərpoçt” MMC-nin adından vətəndaşlara saxta mesajlar göndərilir. Metbuat.az xəbər verir ki, bu barədə “Azərpoçt” MMC …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir