
Bakı. Trend:
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında Birgə
Biznes Şurası yaradılıb. Bununla bağlı Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi (KOBİA) və Birləşmiş Ərəb Əmirliklərinin Ticarət
və Sənaye Palataları Federasiyası arasında Anlaşma Memorandumu
imzalanıb.
Trend
KOBİA-ya istinadla xəbər verir ki, Biznes Şurada hər iki ölkədən
iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən iş adamları təmsil
olunacaq.
<!—->
<!––>
Azərbaycan-BƏƏ Birgə Biznes Şurasının yaradılmasında məqsəd hər
iki ölkənin biznes dairələri arasında əməkdaşlığı təşviq etməklə
ticarət, investisiya, sənaye kimi sahələrdə əlaqələri
genişləndirməklə ölkələrimiz arasında iqtisadi münasibətlərin
inkişafına töhfə verməkdir. Yeni əməkdaşlıq platforması
çərçivəsində iş adamları üçün qarşılıqlı investisiya imkanlarının
öyrənilməsi, birgə layihələrin icrası və ixracın genişləndirilməsi
üzrə müxtəlif tədbirlər həyata keçiriləcək.
Biznes Şuraya hər iki ölkədən həmsədrlər rəhbərlik edəcək və
burada iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən şirkətlər
təmsil olunacaqdır