Çərşənbə , Sentyabr 17 2025

Azərbaycan və Almaniya “yaşıl enerji” əməkdaşlığını genişləndirir

Almaniyanın təcrübəsi və Azərbaycanın potensialı bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır.

Metbuat.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Almaniya-Azərbaycan “yaşıl enerji” əməkdaşlığı tədbirində bildirib.

O qeyd edib ki, ikitərəfli ticarət, investisiya və bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır:

“Almaniyanın bərpa olunan enerji texnologiyaları sahəsində təcrübəsi və Azərbaycanın günəş və külək enerjisi üzrə böyük potensialı davamlı inkişaf üçün unikal imkanlar yaradır”.

Almaniya tərəfini tədbirdə Federal İqtisadiyyat və Energetika Nazirliyinin Xarici İqtisadi Siyasət Departamentinin rəhbəri Ralf Beme təmsil edib. O, iki ölkə arasında əməkdaşlığın möhkəm iqtisadi və strateji xarakter daşıdığını, həmçinin Orta Dəhlizin Avropa və Asiya üçün əhəmiyyətini vurğulayıb. R.Beme bildirib ki, Azərbaycanın 2030-cu ilədək bərpa olunan enerji sahəsində hədəfləri Almaniya ilə əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır.

Tərəflər həmçinin “yaşıl enerji” sahəsində gələcək əməkdaşlığın konkret istiqamətlərini müzakirə ediblər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

About FERZELIYEV

Check Also

Xankəndi düşərgəsindən Lissabona – PORTUQALİYADA BİZİ HAMI TANIDI

Dünən “Qarabağ” Futbol Klubunun Lissabonda “Benfica” kimi böyük, zəngin tarixə malik futbol klubu üzərində qələbəsi …

Rayonlara leysan yağıb

Azərbaycanın bəzi yerlərində sentyabrın 17-si saat 17:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti davam edir. …

"Qarabağ"ın oyununa stadionda baxan azərbaycanlı: "İnanmırdıq…"

“Qarabağ” UEFA Çempionlar Liqasının I turunda “Benfika”nı səfər oyununda məğlub etdi.  Matç komandamızın 3:2 hesablı qələbəsi …

“Qarabağ”ın oyununa stadionda baxan azərbaycanlı: “İnanmırdıq…” – VİDEO

“Qarabağ” UEFA Çempionlar Liqasının I turunda “Benfika”nı səfər oyununda məğlub etdi.  Matç komandamızın 3:2 hesablı qələbəsi …

“Avropadan azarkeşliyi öyrənməliyik” –

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda səfərə yollanan “Qarabağ” Portuqaliyanın “Benfika” klubunu 3:2 hesabı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir