
Bakı. Trend:
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalarının 19-cu paketinə
kriptovalyutalar, banklar və enerji sektoru ilə bağlı tədbirlər
daxil olunacaq.
Trend-in
məlumatına görə, bu barədə Avropa Komissiyasının sədri Ursula fon
der Leyen “X” sosial şəbəkəsində yazıb.
“Avropa Komissiyası tezliklə kriptovalyutaları, bankları və
energetika sahələrinə yönələn 19-cu [anti-Rusiya] sanksiyalar
paketini təqdim edəcək”, – deyə o bildirib.
<!—->
<!––>
Onun sözlərinə görə, Brüssel həmçinin “Rusiya yanacağının
idxalından imtina prosesini sürətləndirəcək”.
Avropa Komissiyası rəhbəri ABŞ prezidenti Donald Trampla telefon
danışığı barədə də məlumat verib, o, onunla “Rusiyaya qarşı
iqtisadi tədbirlər”in tətbiqini müzakirə edib.