Cümə axşamı , Sentyabr 18 2025

ADB Azərbaycana və region ölkələrinə 2,19 milyon dollar texniki yardım ayırıb

Asiya İnkişaf Bankı (ADB) “Özəl sektor əməliyyatlarında inkişafa təsirin dərinləşdirilməsi” layihəsi çərçivəsində 2,19 milyon ABŞ dolları məbləğində texniki yardımın ayrılmasını təsdiqləyib.

Metbuat.az xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankı (ADB) məlumat yayıb.

Bildirilib ki, layihə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan da daxil olmaqla 42 ölkəni əhatə edir. Maliyyələşdirmə Xüsusi Texniki Yardım Fondu vasitəsilə təmin ediləcək.

Bu texniki yardım ADB-in bütün inkişaf etməkdə olan üzv ölkələrində özəl sektor əməliyyatlarında layihələrin keyfiyyətinin artırılmasına yönəldiləcək:

“2030 Strategiyası çərçivəsində, regionumuzun qarşılaşdığı cari çağırışları nəzərə alaraq, ADB-nin üzv ölkələrə ərzaq təhlükəsizliyi problemlərinin həllində, rəqəmsal fərqin aradan qaldırılmasında, dayanıqlı enerji sistemlərinin inkişafında və iqlim dəyişikliyinə qarşı dayanıqlılığın gücləndirilməsində dəstək verməsinə təcili ehtiyac var. Bütün bu istiqamətlərdə daha cəsarətli, sürətli və sıx əməkdaşlıq içində hərəkət etmək lazımdır”.

Texniki yardım özəl sektorun inkişafını, regional əməkdaşlığı, rəqəmsal transformasiyanı, dayanıqlılığı və imkanların genişləndirilməsini təşviq etmək üçün maliyyə həlləri, bilik və tərəfdaşlıqların təmin edilməsinin yaxşılaşdırılmasına yönəlib. Texniki yardımın ümumi nəticəsi özəl sektor əməliyyatlarının inkişafa təsirinin artırılmasıdır. Bu nəticəyə nail olmaq üçün bir sıra komponentlər nəzərdə tutulub.

Buraya özəl sektora yüksək səmərəli investisiyaları stimullaşdırmağa yönəlmiş layihə portfelinin daha effektiv şəkildə formalaşdırılması və layihələrin işlənib hazırlanması, özəl sektor layihələrinin icrasının yaxşılaşdırılması, həmçinin özəl sektor vasitəsilə inkişafa təsirin qiymətləndirilməsi və bilik mübadiləsinin genişləndirilməsi daxildir.

Qeyd edək ki, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

About FERZELIYEV

Check Also

Azərbaycan və Monqolustan kənd təsərrüfatında əməkdaşlıq qurur

Azərbaycan və Monqolustan kənd təsərrüfatı üzrə birgə işçi qrupunun yaradılmasını müzakirə edib. Metbuat.az xəbər verir …

Urmiya gölünün quruması böhranı dərinləşir

Urmiya gölü İran üçün ictimai, siyasi və iqtisadi böhrana çevrilib. SEN.az İran mediasına istinadən xəbər …

Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibinin müəyyən olunması …

Çin əriməkdə olan Arktika vasitəsilə Avropaya ilk yük gəmisini göndərir

Çin şirkəti yük gəmisini ilk dəfə Rusiyanın şimal sahili boyunca Avropaya göndərməyə hazırlaşır. SEN.az xəbər …

Paşinyan viza möhürlərindən Ağrı dağının təsvirinin silinməsinə münasibət bildirib

Ermənistan Baş naziri Nikol Paşinyan viza möhürlərindən Ağrı dağının təsvirinin silinməsi qərarına münasibət bildirib. SEN.az …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir