Cümə axşamı , Sentyabr 18 2025

ABB Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinə tərəfdaşlıq dəstəyi verir

31 avqust – 5 sentyabr 2025-ci ildə Azərbaycanda 49-cu Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalı keçiriləcək. Ölkəmizdə rəqəmsallaşma proseslərinə fəal dəstək verən ABB də Azərbaycan Banklar Assosiasiyası çərçivəsində bu mühüm qlobal tədbirin tərəfdaşıdır.

Müsabiqə “ICPC Foundation”-ın təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı, Paşa Holdinqin dəstəyi ilə təşkil edilir.

Dünya Finalında 70-dən çox ölkəni təmsil edən 140-a yaxın universitet komandası yarışacaq. Beş günlük müsabiqə çərçivəsində gənc proqramçılar problem həll etmə, komanda işi və proqramlaşdırma bacarıqlarını nümayiş etdirəcəklər.

Xatırladaq ki, Azərbaycandan olan tələbələr 2005-ci ildən etibarən ICPC-nin regional turlarında iştirak edirlər. 2024-cü ildə ADA Universitetinin tələbələri Misirin Luksor şəhərində keçirilmiş Dünya Finalına vəsiqə qazanaraq, müsabiqə tarixində bu nailiyyəti əldə edən ilk Azərbaycan komandası olub. Bu il isə Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalında Azərbaycanı ADA Universitetinin və Bakı Ali Neft Məktəbinin (BANM) komandaları təmsil edəcək.

ABB belə mühüm layihələrə tərəfdaşlıq etməklə ölkəmizdə rəqəmsal ekosistemin inkişafına, gənc nəslin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılmasına dəstək verir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

About FERZELIYEV

Check Also

Əfqanıstanda internet qadağan edildi

Bakı. Trend: Əfqanıstanın “Ali lideri” Heybətullah Axundzadə ölkə daxilində fiber-optik internet və Wi-Fi xidmətlərinin qadağan …

Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi imzalanıb

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın baş naziri Şahbaz Şərif “Birgə Strateji …

Tramp ABŞ-ın anti-faşist hərəkatını terror təşkilatı kimi tanıdığını açıqlayıb

ABŞ prezidenti Donald Tramp Amerika antifaşist hərəkatını terror təşkilatı kimi tanıdığını açıqlayıb. SEN.az xəbər verir …

Kamçatkada 5,6 bal gücündə zəlzələ olub

Bakı. Trend: Rusiyanın Kamçatka yarımadasında güclü zəlzələ qeydə alınıb. Trend xəbər verir ki, Rusiya Elmlər …

Kanada şirkəti Mərakeşdə yeni qızıl yatağı aşkar edib

Bakı. Trend: Kanadanın “Aya Gold & Silver” şirkəti Mərakeşin şərqindəki Tingir əyalətində, əsas Bumedyen layihə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir