Çərşənbə axşamı , Sentyabr 16 2025

7 övladı var, 6-sı məktəbə gedir – “Heç bir çətinliyimiz yoxdur” – FOTOLAR

Yeni dərs ilində Zərdab rayonunun Sarıqaya kəndində 7 uşaq atası Amil Mustafayev 6 övladını məktəbə göndərib.

Sarıqaya kənd orta məktəbində müəllim işləyən Amil Mustafayev SEN.az-a açıqlamasında övladlarının təhsilinə xüsusi diqqət yetirdiyini bildirib:

“İnsanın həyatda daşıdığı ən böyük məsuliyyət onun övladlarıdır. Bu məsuliyyəti dərindən dərk edən bir valideyn kimi, mən də övladlarımın təlim-tərbiyəsi və inkişafı üçün əlimdən gələn hər şeyi edirəm. Özüm də onların təhsil aldığı məktəbdə çalışıram. Anaları da müəllimədir. Bu da bizə övladlarımızın təhsilinə daha yaxından nəzarət etməyə imkan yaradır”.

Amil Mustafayevin sözlərinə görə, hazırda onların 7 övladı var. Onlardan biri məktəbəqədər hazırlıq mərhələsindədir. Digər 6-sı isə orta məktəbə gedir:

“Övladlarımızdan biri bu il 1-ci sinifə başlayıb. Digəri 3-cü sinifdə, ikisi isə 5-ci sinifdə təhsil alır. Bir övladımız da 7-ci sinifdə oxuyur. 5-ci sinifdə oxuyan uşaqlarımızdan ikisi əslində 4-cü sinifdə oxumalı idilər, lakin fitri istedadlarına görə birbaşa 5-ci sinifdə oxuyurlar”.

A.Musafayev ailə olaraq heç bir maddi çətinliklərinin olmadığını və övladlarının təhsili üçün bütün şəraitin mövcud olduğunu deyib:

“Övladlarımız yalnız ümumi təhsillə kifayətlənmir, eyni zamanda musiqi ilə də məşğul olurlar. Onlardan biri fortepiano çalır, biri xanəndəliklə məşğuldur, digəri isə kamança ifa edir. Dörd övladımız hazırda musiqiylə məşğuldur”.

O bildirib ki, həm dərslərində, həm də davranış baxımından uşaqları məktəbdə nümunəvi şagirdlər hesab olunurlar:

“Yoldaşım xanəndədir və dərslərdən sonra günün ikinci yarısında övladlarımızla birgə musiqi məşğələlərinə vaxt ayırır. Evdə musiqiyə olan isti münasibət uşaqlarımızın yaradıcılıq qabiliyyətlərini üzə çıxarır və onların inkişafında mühüm rol oynayır”.

1461895

1461896

1461897

About FERZELIYEV

Check Also

Bakı metrosunda yeni tədris ilinin ilk günündə daşınan sərnişinlərin sayı açıqlandı

Bakı. Trend AZCON Holding şirkətlərindən olan Bakı Metropoliteni yeni tədris ilinin ilk günündə 891 856 …

Araz çayından Nehrəm qəsəbəsinə su çəkilir

Babək rayonunun Nehrəm qəsəbəsinin torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq üçün Araz çayından qidalanan nasos stansiyaların …

Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsi 76% artıb

Bakı. Trend: Bu ilin yanvar-avqust aylarında Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında ticarət əməliyyatlarının həcmi …

Rusiya hərbi bazasında partlayış olub, ölən və yaralananlar var

Rusiyanın Primorskiy vilayətində, Şitovaya kəndi yaxınlığında yerləşən hərbi bazada baş verən partlayışlar nəticəsində rus hərbçiləri …

Əliyar Ağayev Çempionlar Liqası oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının liqa mərhələsində oyuna təyinat alıb. Apasport.az xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir