Çərşənbə , Sentyabr 17 2025

3×3 basketbol millimiz Dünya Qadın Seriyasının vitse-çempionu olub

Bakı. Trend:

13-14 sentyabr tarixlərində Çinin Şanxay şəhərində qadınlardan
ibarət millimizində iştirak etdiyi 3×3 basketbol üzrə Dünya Qadın
Seriyasının final mərhələsinin oyunları keçirilib.

Trend xəbər verir
ki, qadın millimiz yekun mərhələnin ilk qrup oyununda Kanada
seçməsinə 13:21 hesabı ilə məğlub olsa da, 2-ci və 3-cü oyunlarda
müvafiq olaraq Niderland U-25 yığmasına 21:19, “Rapid” (Rumıniya)
klubuna 19:15 hesabları ilə qalib gələrək, 1/4 finala vəsiqə
qazanıb.


<!—->
<!––>

Millimiz 1/4 finalda Monqolustanın “Ulaanbaatar Amazons” klubunu
əlavə vaxta gedən oyunun yekununda 19:17 hesabı ilə məğlub etdikdən
sonra, yarımfinalda yenidən Niderland yığması ilə üz-üzə gəlib və
21:19 hesablı qələbə qazanaraq 3×3 basketbol tariximizdə ilk dəfə
milli komanda olaraq iştirak etdiyimiz Dünya Qadın Seriyasının
final mərhələsində finala yüksəlib.

Həlledici görüşdə millimiz final mərhələsinin favorit komandası
sayılan güclü Kanada yığması ilə qarşılaşıb və 12:21 hesabı ilə
məğlub olaraq vitse-çempion ünvanına yiyələnib.

About FERZELIYEV

Check Also

Türkiyə kəşfiyyatının rəhbəri Suriya prezidenti ilə suriyalıların könüllü qayıdışını müzakirə edib

Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın Suriya prezidenti Əhməd əş-Şaara ilə suriyalıların könüllü qayıdışını müzakirə edib. …

BMT Fələstin nümayəndə heyəti üçün ABŞ-a viza alınmasına nail ola bilmir

BMT indiyədək ABŞ-ın Fələstin nümayəndə heyətinin üzvlərinə Baş Assambleyasının 80-ci sessiyasının tədbirlərində iştirak etmək üçün …

İspaniyanın “Real Madrid” klubu ciddi itki ilə üzləşib

Bakı. Trend: “Real Madrid”in müdafiəçisi Trent Aleksandr-Arnold zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. …

Xankəndidə Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert (FOTO)

Bakı. Trend: Azərbaycan musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə Xankəndi şəhərində möhtəşəm …

Ərdoğandan dost ölkələrlə bağlı mühüm açıqlama

Ankaranın xarici siyasətində prioritet sabitliyə töhfə vermək, sülhü təmin etmək və qardaşlıq bağlarını möhkəmləndirməkdir. Türkiyə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir