Çərşənbə axşamı , Yanvar 20 2026

Yaponiyada güclü zəlzələ nəticəsində 30 nəfər xəsarət alıb

8 dekabr gecəsi Yaponiyanın şimalında baş verən 7,5 bal gücündə zəlzələ nəticəsində ən azı 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

SEN.az xəbər verir ki, bu barədə baş nazir Sanae Takaiçi məlumat verib.

O, hazırda ölüm və ya itkin düşmə barədə heç bir məlumatın olmadığını vurğulayıb.

“İnsanların normal gündəlik həyatlarını davam etdirmələrini istəyirik, lakin daha güclü təkanlar baş verərsə, dərhal təxliyəyə hazır olun”, – o əlavə edib.

Qeyd edək ki, dekabrın 8-nə keçən gecə Yaponiyanın şimal prefekturası Aomori şəhərinin şərqində 7,5 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Sakit okeanda, 50 kilometr dərinlikdə yerləşib.

Yerli seysmoloqlar əvvəlcə 7,2 bal gücündə olduğunu bildiriblər, sonradan 7,6-ya qaldırıblar və nəticədə 7,5 bal gücündə qərarlaşıblar.

About FERZELIYEV

Check Also

Kəlbəcərin yeganə 20 Yanvar şəhidi – Firuz Cabbarov

20 Yanvar şəhidlərindən biri Kəlbəcər rayonundan olan 1972-ci il təvəllüdlü Firuz Vəli oğlu Cabbarovdur. Bacısı Gülanə …

Prezident İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti …

Siyasi liderlər 20 Yanvar gecəsini necə xatırlayır? – TARİX

Bu gün Azərbaycan xalqı 20 Yanvar faciəsinin ildönümünü yad edir. 36 il bundan öncə müstəqillik və …

Ukraynanın sabiq prezidenti 15 il müddətinə azadlıqdan məhrum edildi

Bakı. Trend: Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilib. …

Ukrayna səfiri İlham Əliyevə minnətdarlıq etdi

“Kiyev Azərbaycanın göstərdiyi yardımı yüksək qiymətləndirir”. SEN.az xəbər verir ki, bu barədə Ukraynanın Bakıdakı səfiri Yuri …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir