Çərşənbə axşamı , Yanvar 20 2026

“Maarifçi”lər əmək fəaliyyətinə başlayıblar

III “Maarifçi” tələbə-məzun təcrübə proqramını uğurla başa vuran 20 iştirakçı işlə təmin olunub.

Bu barədə SEN.az-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Proqramın məzunları Elm və Təhsil Nazirliyi və tabe qurumları, regional təhsil idarələri, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində köməkçi vəzifələr üzrə əmək fəaliyyətinə başlayıblar.

Proqram Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqramın təşkilində məqsəd elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək göstərməkdir.

Qeyd edək ki, I, II və III “Maarifçi” tələbə-məzun təcrübə proqramları üzrə ümumilikdə 44 nəfər iştirakçı köməkçi vəzifələr üzrə əmək fəaliyyətinə başlayıb.

About FERZELIYEV

Check Also

“Qarabağ” yeni transferə hazırlaşır

“Qarabağ” qış transfer pəncərəsində heyətinə yeni futbolçu cəlb etməyi düşünür. SEN.az xəbər verir ki, bu …

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınıb (FOTO)

Bakı. Trend: Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti …

Hakan Fidan Tom Barrakla görüşün təfərrüatlarını açıqlayıb

Türkiyə xarici işlər naziri Hakan Fidan Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfiri, eyni zamanda ABŞ-ın Suriya …

Bakılı məmur 3 kiloqram kürü ilə yaxalandı

Rusiyada Xabarovsk diyarı hökumətinin sədr müavini Arkadi Mkrtıçevlə bağlı qalmaqal davam edir.  SEN.az xəbər verir …

Cənubi Koreya prezidentinə qarşı sui-qəsd cəhdi terror kimi tanındı

Bakı. Trend: Koreya Respublikası hökuməti 2024-cü ilin yanvarında, hazırda ölkə prezidenti vəzifəsini tutan, o vaxt …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir