
“Mançester Siti”nin hücumçusu Erlinq Holann İngiltərə Premyer Liqasında rekorda imza atıb.
Metbuat.az xəbər verir ki, norveçli hücumçu Premyer Liqada 111-ci oyununda 100-cü qolunu vurub. Erlinq Holann bu nəticəni XIX turda “Fulhem”lə səfər matçında əldə edib.
Bundan əvvəlki rekord 1995-ci ildə ingilis hücumçusu Alan Şirerə məxsus idi. O, turnirdə ilk 100 qolunu 124 oyunda vurub.
www.SEN.az Sənin Əyləncən Sənin Dünyan