Çərşənbə axşamı , Dekabr 9 2025

Ceyhun Bayramov Qambiyanın xarici işlər naziri Serinq Modou Njie ilə telefon danışığı aparıb

2 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Qambiyanın xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Serinq Modou Njie arasında telefon danışığı aparılıb.

SEN.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

bildirilib ki, telefon danışığı zamanı, Azərbaycan və Qambiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov həmkarını xarici işlər naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər Azərbaycan və Qambiya arasında beynəlxalq təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələlərini, Qambiyanın İƏT-də sədrliyi və ölkəmizin qarşıdan gələn sədrliyi üzrə prioritetləri müzakirə ediblər.

Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər nəzərdən keçirilib.

About FERZELIYEV

Check Also

Neymar dizindən əməliyyat olunacağını açıqlayıb

Bakı. Trend: Neymar sol dizindən əməliyyat olunacağını açıqlayıb. Trend xəbər verir ki, “Santos”un 33 yaşlı …

FƏTH: Qəzzanın idarə olunması üçün komitə yaxın zamanda yaradıla bilər

Qəzza sektorunu idarə edəcək texnokrat komitənin yaxın vaxtlarda formalaşdırılması gözlənilir. SEN.az xəbər verir ki, bu …

“Fənərbağça” və “Qalatasaray”ın futbolçuları həbs olunublar

Bakı. Trend: Mərc oynadıqları sübut edilən “Fənərbağça”nın yarımmüdafiəçisi Mərt Hakan Yandaş və “Qalatasaray”ın futbolçusu Metehan …

Dünyanın ən çox satılan avtomobili açıqlandı

Bakı. Trend: 2025-ci ilin ilk doqquz ayına aid qlobal avtomobil satış rəqəmləri açıqlanıb. Elektrikli avtomobillərin …

Bu bürclər nağıla bənzər zənginlik əldə edəcək

Astroloqlar bildirirlər ki, qarşıdakı dövr bir neçə bürc üçün həqiqətən də taleyüklü olacaq. Metbuat.az Baku.ws-ə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir