Çərşənbə axşamı , Yanvar 20 2026

Azərbaycanla Slovakiya birgə silah istehsal edə bilər 

Müdafiə sənayesi çox vacib sahədir. Biz bu sahəni artıq inkişaf etdiririk. Biz, sadəcə olaraq, Azərbaycana silah satmaq niyyətində deyilik.

SEN.az xəbər verir ki, bunu Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini mətbuata bəyanatlar zamanı deyib.

O qeyd edib ki, bu sahə Slovakiyada çox inkişaf edib:

“Biz özüyeriyən artilleriya qurğuları, sursat və digər məhsullar sahəsində də böyük təcrübəyə malikik. Biz Azərbaycanla texnologiya ötürülməsi, Azərbaycanın maliyyəsindən istifadə edilməsi və birgə istehsalın üzərində işləyə və birlikdə istehsal etdiyimiz məhsulları üçüncü ölkələrə sata bilərik.

Mən şadam ki, bizim Baş nazirin müavini və müdafiə naziri cənab Kalinakın səfəri zamanı da Azərbaycan tərəfi avtomatik artilleriya sistemlərinin alışı ilə maraqlanıb və artıq niyyətini bildirib. Əminəm ki, bu silah növləri də Azərbaycan Silahlı Qüvvələrini gücləndirəcəkdir.

Birgə müəssisələr, birgə şirkətlər, texnologiya ötürülməsi, yəni, biz bu sahədə daha da sıx çalışmaq əzmindəyik və əlbəttə ki, digər sahələr də ola bilər. Bildiyiniz kimi, slovak şirkəti Qarabağ bölgəsində “ağıllı kənd” inşa edir. Eyni zamanda, bizim ixrac-idxal bankımız da müxtəlif layihələri maliyyələşdirməyə hazırdır”.

About FERZELIYEV

Check Also

Prezident İlham Əliyev: Beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur

Davos. Trend: Beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi …

Lerikdə işıqsız qalan 80 kəndin elektrik enerjisi bərpa edilir (VİDEO)

Bakı.Trend: Lerik rayonunda yağıntılı hava şəraitinin yaratdığı fəsadlar nəticəsində 80 kəndin kəsilən elektrik enerjisi ilə …

Zelenski Trampla görüşün hansı halda keçiriləcəyinə aydınlıq gətirib

ABŞ Prezidenti Donald Trampla görüş yalnız sənədlər hazır olduqda baş tutacaq. SEN.az-nın “UNİAN”-a istinadən verdiyi …

İngiltərə millisinin üzvü “Mançester Siti”dən gedir

Bakı. Trend: Mövsümün sonunda “Mançester Siti” ilə müqaviləsi başa çatan Con Stounzun klubdakı gələcəyi müəyyənləşib. …

SOCAR ilə “Honeywell” şirkəti bərpa olunan enerji üzrə fikir mübadiləsi aparıb

Bakı. Trend: Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə dayanıqlılıq, bərpa olunan enerji, insan kapitalının inkişafı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir