Çərşənbə axşamı , Dekabr 9 2025

Azərbaycan və Qambiya xarici işlər nazirləri arasında telefon danışığı olub

Bakı. Trend:

2 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov ilə Qambiyanın xarici işlər,
beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Serinq
Modou Njie arasında telefon danışığı aparılıb.

Trend xəbər verir
ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı, Azərbaycan və Qambiya arasında
ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri ətrafında fikir
mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov həmkarını xarici işlər naziri vəzifəsinə
təyin edilməsi münasibətilə təbriklərini çatdırıb, ona
fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər Azərbaycan və Qambiya arasında beynəlxalq təşkilatlar,
xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama
Hərəkatı çərçivəsində əməkdaşlıq məsələlərini, Qambiyanın İƏT-də
sədrliyi və ölkəmizin qarşıdan gələn sədrliyi üzrə prioritetləri
müzakirə ediblər.

Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran regional
məsələlər nəzərdən keçirilib.

About FERZELIYEV

Check Also

Neymar dizindən əməliyyat olunacağını açıqlayıb

Bakı. Trend: Neymar sol dizindən əməliyyat olunacağını açıqlayıb. Trend xəbər verir ki, “Santos”un 33 yaşlı …

FƏTH: Qəzzanın idarə olunması üçün komitə yaxın zamanda yaradıla bilər

Qəzza sektorunu idarə edəcək texnokrat komitənin yaxın vaxtlarda formalaşdırılması gözlənilir. SEN.az xəbər verir ki, bu …

“Fənərbağça” və “Qalatasaray”ın futbolçuları həbs olunublar

Bakı. Trend: Mərc oynadıqları sübut edilən “Fənərbağça”nın yarımmüdafiəçisi Mərt Hakan Yandaş və “Qalatasaray”ın futbolçusu Metehan …

Dünyanın ən çox satılan avtomobili açıqlandı

Bakı. Trend: 2025-ci ilin ilk doqquz ayına aid qlobal avtomobil satış rəqəmləri açıqlanıb. Elektrikli avtomobillərin …

Bu bürclər nağıla bənzər zənginlik əldə edəcək

Astroloqlar bildirirlər ki, qarşıdakı dövr bir neçə bürc üçün həqiqətən də taleyüklü olacaq. Metbuat.az Baku.ws-ə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir