Çərşənbə axşamı , Yanvar 20 2026

Avropa İttifaqı Şurası Avropa Müdafiə Sənayesi Proqramını təsdiqləyib

Bakı. Trend:

Avropa İttifaqı Şurası Avropa Müdafiə Sənayesi Proqramını (EDIP)
rəsmən təsdiqləyib.

Trend Şuranın
saytına istinadla xəbər verir ki, proqram Avropa İttifaqının
müdafiə hazırlığının gücləndirilməsini və Avropa Müdafiə
Texnologiya-Sənaye Bazasının (EDTIB) rəqabət qabiliyyətinin
artırılmasını hədəfləyir.

Bu qərar qanunvericilik prosesinin son mərhələsi olmaqla,
proqramın vaxtında icrasına hüquqi zəmin yaradır. Sənəd
çərçivəsində 2025-2027-ci illərdə ümumilikdə 1,5 milyard avro
məbləğində qrant ayrılması nəzərdə tutulur. Bu məbləğin 300 milyon
avrosu Ukraynanın müdafiə sənayesinin modernləşdirilməsi və
dəstəklənməsi məqsədilə yaradılan xüsusi “Ukraynaya dəstək aləti”nə
yönəldiləcək.


<!—->
<!––>

EDIP, həmçinin istehsal gücünün artırılması və kritik
əhəmiyyətli müdafiə məhsullarının tədarükünün sürətləndirilməsini
dəstəkləyəcək. Proqram azı üç ölkənin, o cümlədən azı iki Aİ
üzvünün iştirakı ilə birgə satınalma layihələrinin
maliyyələşdirilməsini nəzərdə tutur.

Proqramda məhsulların komponentlərinin ümumi dəyərinin 35
faizindən çoxunun Aİ və assosiasiya olunmuş ölkələrdən kənar
mənbələrdən təmin edilməsinə məhdudiyyət qoyulur. Eyni zamanda, Aİ
səviyyəsində müdafiə təchizat zəncirlərinin dayanıqlığının
gücləndirilməsi üçün ilk dəfə “təchizat təhlükəsizliyi” mexanizmi
təsis edilir.

About FERZELIYEV

Check Also

Türkiyədə Bosfor boğazından kişi meyiti tapıldı

Bakı. Trend: Türkiyənin Bosfor boğazında şəxsiyyəti müəyyən edilməmiş bir kişi meyiti tapılıb. Trend bu barədə …

Zelenski hələlik Ukraynada qaldığını, Davosa getmədiyini bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski hələlik Ukraynada qaldığını və Dünya İqtisadi Forumu üçün Davosa getmədiyini bildirib. …

Prezident İlham Əliyev Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb

Yanvarın 20-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı qlobal maliyyə institutlarından biri olan …

İlham Əliyev Ceymi Daymonla görüşdü – FOTO

Yanvarın 20-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı qlobal maliyyə institutlarından biri olan …

Prezident İlham Əliyev Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb (FOTO)

Davos. Trend: Yanvarın 20-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı qlobal maliyyə institutlarından …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir