
Bakı. Trend:
Minifutbol üzrə Çempionlar Liqasının qrup mərhələsində
Azərbaycan təmsilçiləri növbəti oyunlarını keçiriblər.
Trend xəbər verir
ki, G qrupunda mübarizə aparan “Aznur” komandası ilk matçında
Çexiya klubu “Hoverla Zak Praqa” ilə 1:1 hesablı heç-heçə edib.
<!—->
<!––>
F qrupunda isə “Birbaşa Bakı” Portuqaliyanın “Portu” komandası
ilə qarşılaşıb. Görüşdə qol qeydə alınmayıb və matç 0:0 hesablı
bərabərliklə başa çatıb.
Xatırladaq ki, “Birbaşa Bakı” günün əvvəlində keçirdiyi ilk
oyununda Rumıniya təmsilçisi “Rımniku Vılça” üzərində 4:1 hesablı
qələbə qazanmışdı.