Çərşənbə , Sentyabr 17 2025

Zahid Orucun komitəsi payız sessiyasında hansı işlər görəcək?

Milli Məclisin payız sessiyasında İnsan hüquqları komitəsində müxtəlif mövzulu ictimai dinləmə və dəyirmi masaların keçirilməsi nəzərdə tutulub.
SEN.az məlumatına görə, bununla bağlı məlumat komitənin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsində öz əksini tapıb.
Belə ki, sessiya müddətində komitədə aşağıdakı tədbirlərin keçirilməsi nəzərdə tuutlur:
–    “2025-ci Konstitusiya və Suverenlik İli” çərçivəsində “Rəqəmsal suverenlik, informasiya suverenliyi və insan hüquqları” mövzusunda dəyirmi masa
–    İnsan hüquqları profilli vətəndaş cəmiyyəti təsisatları ilə birgə əməkdaşlığın vəziyyəti və ortaq fəaliyyətin inkişafına həsr edilən dəyirmi masa
–    “Vəkillik institutu – vətəndaşların insan hüquqlarının təmin edilməsi və beynəlxalq standartların tətbiqi mexanizmlərinin təkmilləşməsində yeri və rolu” mövzusunda dəyirmi masa
–    “Beynəlxalq məhkəmə və hüquq institutlarının fəaliyyətində yeni tendensiyalar, perspektivlər – Azərbaycandan baxış” mövzusunda dəyirmi masa
–    ANAMA ilə birgə “Mina terroru qurbanlarının beynəlxalq hüquqi platformalara çıxışının təmin olunması” mövzusunda görüşlər
–    Ədliyyə Nazirliyi ilə birgə “Cinayət qanunvericiliyinin icra vəziyyəti”nə dair dinləmələr, görüşlər
–    “Böyük Qayıdış”la bağlı Azərbaycanın yeganə təcrübəsi” mövzusunda beynəlxalq İnsan hüquqları və hüquq-müdafiə təşkilatların iştirakı ilə müzakirə
–    İşğaldan azad edilmiş ərazilərlə bağlı “Böyük Qayıdış və reinteqrasiya” ilə bağlı qanun layihəsi ətrafında dinləmələr
–    “Qlobal insan hüquqları” adlanan siyasi ideoloji qurumların – USAİD və s.-qapadılması, “beynəlxalq insan hüquqları” konseptinin böhranı” mövzusunda beynəlxalq İnsan hüquqları QHT-lərinin Azərbaycana qarşı uzun illər apardığı qərəzli fəaliyyətlə bağlı müzakirə və dinləmələr
–    “Kibercinayətkarlığın genişlənən məkanı və insan hüquqlarının müdafiəsi: milli təhlükəsizliyə yeni çağırışlar,cavablar” mövzusunda konfrans
–    “Süni intellekt və insan hüquqları”  mövzusunda “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın qəbul edilməsinə həsr olunan tədbir
–    8 avqust 2025-ci il tarixli Azərbaycan-ABŞ-Ermənistan üçtərəfli görüşləri, əldə olunan razılaşmalarda etimad mühiti quruculuğunun insan hüquqları konteksti-nifrət nitqindən imtinaya dair çağırışların, təhlil sənədlərinin hazırlanması
–    Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə “Dünya azərbaycanlıları, milli diaspor təşkilatlarının hüquqları və parlamentin rolu” mövzusunda tədbir
–    “Qərb cəmiyyətlərində radikal miqrasiya siyasəti – fundamental insan hüquqlarının dərin böhranı: mövcud təcrübələrin dəyərləndirilməsi” mövzusunda vebinar
Dekabr 3-də Beynəlxalq Əlillər Gününə həsr edilmiş “Əlillərin sosial-hüquqi müdafiəsi: qanunvericilik və islahatlar”, dekabrın 10-da isə Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş dəyirmi masanın keçirilməsi nəzərdə tutulub.
Dekabr 28-də isə Azərbaycanda Vəkillər Günü münasibətilə Vəkillər Kollegiyası ilə birgə konfransın keçirilməsi planlaşdırılır.

About FERZELIYEV

Check Also

Bakı-Qəbələ-Bakı sərnişin qatarının qrafiki yenilənir – CƏDVƏL

Payız-qış mövsümü ilə əlaqədar olaraq Bakı-Qəbələ-Bakı sərnişin qatarının qrafiki yenilənir. “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) …

“Formula 1” günlərində Bakı metrosunun iş rejimi iki saat uzadılacaq

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar iş …

“Netflix”in barəsində film çəkdiyi fırıldaqçı Gürcüstanda həbs edilib

Bakı. Trend: Gürcüstanın Batumi şəhər məhkəməsi “Netflix” studiyasının haqqında “Tinderli dələduz” sənədli filmini çəkdiyi Saymon …

Bakı metrosunun iş rejimi “Formula-1” günlərində uzadılacaq

Bakı metrosu “Formula 1” günlərində sərnişinlərə saat 02:00-a qədər xidmət göstərəcək. Metbuat.az xəbər verir ki, …

10 sayda müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Bakı. Trend: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir