
Pik saatlarda avtobusların gecikməsi problemi daha da artır və sərnişinlər bundan şikayətlənirlər. Bəs avtobuslar niyə gecikir?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, tədris mövsümünün başlanması ilə əlaqədar Bakının bir sıra küçə və prospektlərində sıxlıq halları müşahidə olunur:
“Bunun nəticəsində də avtobuslararası intervalda artım qeydə alınır. Sıxlığın yaranmasına səbəb paytaxtın 17 küçə və prospektində aparılan təmir işləri və paytaxtda keçirilən beynəlxalq tədbir ilə əlaqədar sentyabrın 15-dən bir sıra yollarında nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyətdir”.
Sevinc İbrahimzadə / Metbuat.az