Cümə axşamı , Sentyabr 18 2025

Azərbaycanlı məşqçi Almaniyanın məşhur klubunda çalışacaq – FOTO

Azərbaycanlı məşqçi Etibar İbrahimov Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunda çalışacaq.

Sen.Az-ın xəbərinə görə, bu barədə jurnalist, “Kəpəz” klubunun mətbuat katibi Azad Mustafayev məlumat verib:

“Bir müddətdir ki, ABŞ-da yaşayan, sevimli işindən kənar düşən gəncəli məşqçi Etibar İbrahimov yenidən futbola dönür. Gənc çalışdırıcı Almaniyanın “Ayntraxt” klubunda işləyəcək. Tərəflər artıq müqavilə ilə bağlı bütün detallarda razılığa gəliblər. İbrahimov Bundesliqa təmsilçisi ilə sonradan iki il də artırılması mümkün olan bir illik müqavilə bağlayacaq.

O, “Ayntraxt”da əmək fəaliyyətinə Çində başlayacaq. Belə ki, klub Asiya ölkəsində açdığı akademiyada həmyerlimizə iş verib. Etibar müəllim viza ilə bağlı məsələni həll edən kimi Almaniyaya anlaşmaya imza atmağa, oradan da Çinə yollanacaq. İbrahimovun təyinatında Frankfurt klubunun beynəlxalq əlaqələr üzrə idman direktoru Nikolay Adamın da rolu olub. Belə ki, Adam vaxtilə Azərbaycanın 17 və 19 yaşlılardan ibarət millisində, eləcə də Hindistan yığmasında birgə çalışdığı İbrahimovu klub rəhbərliyinə məsləhət görüb. Yeri gəlmişkən, bu ikili bir müddət öncə Kanzasda Amerika Futbol Federasiyasının təşkil etdiyi beynəlxalq tədbirdə də iştirak edib”.

Qeyd edək ki, qapıçılar üzrə məşqçi olan Etibar İbrahimov əvvəllər “Ayntraxt”da ixtisasartırma kurslarında da iştirak edib.

Səbuhi Musa

www.SEN.az

About FERZELIYEV

Check Also

Nəriman Axundzadənin son durumu – “Ferentsvaroş”la oyuna qədər hazır olacaq?

Misli Premyer Liqasının II turunda “Qarabağ” “Sumqayıt”a 0:1 hesabı ilə məğlub olub. Milli.Az xəbər verir …

Azərbaycan güləşçisi erməni rəqibinə qalib gələrək, dünya çempionu olub

Bakı. Trend: Azərbaycanın yunan-Roma güləşçisi Ayxan Cavadov Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında final …

“Sumqayıt” səfərdə “”Qarabağ”ı məğlub edib – Misli Premyer Liqası

Bakı. Trend: Misli Premyer Liqasının II turu çərçivəsində “Qarabağ” futbol klubu “Sumqayıt”ı qəbul edib. Trend …

Rafael Fiziyev: “Onun zərbələrindən sonra gözümün önündə ulduzlar gördüm”

“Rafael Dos Anyosun zərbələrindən sonra gözlərimin önündə ulduzları gördüyümü xatırlayıram”. Milli.Az SEN.az-a istinadən xəbər verir …

Azərbaycanın U-17 millisinin oyunlarının vaxtı açıqlandı

Bakı. Trend: 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir