14.12.2018
  • Dirilis a4085

  • sen anlat karadeniz fec92

  • jet sosyete f3691

  • cocuklarduymasin yenisezon 27d94

  • Eskiya Dunyaya Hukumdar Olmaz 41fb0

Sağ tərəfi üstə yatın, çünki ...

Sleeping woman

 Sağ tərəfi üstə yatmaq çox faydalıdır. Xüsusilə də, nəfəs çatışmazlığı və ürək narahatlığı olanlar yatarkən sağ tərəfi üstə yatmalıdırlar.

SEN.AZ bildirir ki, sağ tərəfdə yatanda, yatılan istiqamətdən asılı olaraq olaraq burun dəliklərinin biri tıxanarkən, digərinin açıldığı və tənəffüsün açıq olan burun dəliyindən edildiyi araşdırmalarla təyin olunub.

Bundan başqa nəfəs alınan burun dəliyi ilə beynin yarımkürələri və simpatik-parasempatik sinir sistemləri arasında bir əlaqə olduğu da sübut edilib.

Sağ tərəfə yatış vəziyyətində, sağ burun dəliyi tıxanmaqla, sol burun dəliyi açılı olur. Sol burundan edilən nəfəs alma ilə sağ beyin yarımkürəsinin fəaliyyəti artır. Sağ beyin yarımkürəsinin xəbərdar edilməsi, parasempatik sinir sisteminin fəaliyyətinin artırmasına, ürək döyüntüsünün yavaşımasına, təzyiqin düşməsinə və mədə-bağırsaq fəaliyyətinin yavaşımasına səbəb olur. Bu səbəbdən ürək daha az yorulur, yuxuya getmə daha da asanlaşır ki, bu da orqanizmin normal istirahətini təmin edir.

Sol tərəf üstə yatılanda nə olur?

Sol burun dəliyinin tıxanması ilə birlikdə sağ burundan nəfəs alınması, sempatik sinir sisteminin fəaliyyətində artıma gətirib çıxarır ki, bu vəziyyətdə adam həyəcanlanmış kimi olur və ürək döyüntüsünün sürətlənməsi ilə ürək daha da yorulur. Buna görə yuxuya getmə çətinləşir.