20.04.2019

"Mən saf, mələk qəlbli xanımam" - Elza Seyidcahanı kim özündən çıxardı? - VİDEO

photo 59248

 

Əməkdar artist Elza Seyidcan əsəbiləşdi.

Elza Seyidcahan bu barədə ATV-nin efirində yayımlanan “ATV Maqazin onlarla” verilişinin kamerası önünə keçərək, bildirib: “Bir az pul göstər, səni tərifləyəcəklər. Dəli deyiləm ki, ağıllıyam. Gördüyümü qavrayıram. Məsxərəyə qoymağa qalsa, elələrini çox məsxərəyə qoyaram. Sadəcə hər kəs öz bildiyi kimi yaşayır.  Şerimin ortasını başqa mənaya çevirib, öz səhifələrində qoyurlar. İnsanlarda mənə qarşı nifrət hissi yaradırlar. Sən mənim şerimi paylaşanda, məndən icazə almalısan. Mənə atam-anam Elza deyə bilər, mənə ad qoymamısan ki, Elza deyəsən.  Mən saf, mələkqəlbli xanımam”.

Elza Seyidcahanı özündən çıxaran produser Tolik( Tarix Əliyev) instagramda “Qadın nə istəyir” şerini paylaşıb, məsxərəyə qoymasıdır.

Verilişdən bu və digər görüntüləri SEN.az-ın "Verilişlər" bölümündən izləyə bilərsiniz.

Çap E-mail